NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

İşə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə nəticələri açıqlanıb

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələri üçün elan olunmuş işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb. 5 sentyabr tarixdə baş tutan müsahibə mərhələsi Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin binasında keçirilib. Müsahibə mərhələsində, ümumilikdə, 12 nəfər iştirak edib, onlardan 8 nəfəri uğur qazanıb. 
Müsahibə komissiyası tərəfindən ən azı 20 dəqiqə ərzində namizədin ixtisası üzrə bilik və bacarığı, məktəb idarəetməsi ilə bağlı qanunvericilik bilikləri, ünsiyyət və təqdimetmə bacarığı və müvafiq meyarlar üzrə digər bilikləri yoxlanılıb.
Qeyd edək ki, müsahibə mərhələsində komissiya namizədləri müvafiq meyarlar əsasında 5 ballıq  sistemlə qiymətləndirib, namizəd meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılıb.
Namizədlər nəticələrlə aşağıdakı linkə keçid edərək tanış ola bilərlər:

https://nculture.gov.az/storage/pdf/allpdf/D%C4%B0Q%20NET%C4%B0CE.pdf

Nəşr edilib : 06.09.2024 18:02