XİN: Qara dənizdə dron hücumuna məruz qalan gəmidə...
14:18 10.09.2026
0
0
0
NAXÇIVAN :
10 Sentyabr 2026, Cümə axşamı
COP29 dünyada yaşıl hərəkatın inkişafında yeni mərhələnin əsasını qoyub. COP29-dan sonra bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı müxtəlif layihələrin və dövlət proqramlarının həyata keçirilməsinə diqqət daha da artıb. Bununla yanaşı, yaşıl energetika və yaşıl enerji anlayışları yalnız enerji sektorunun deyil, elmi, iqtisadi və ictimai-siyasi gündəliyin də mühüm istiqamətlərindən birinə çevrilib.
"Şərq qapısı" xəbər verir ki, bunu “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda keçirilən konfransın açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib. O bildirib ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində təşkil edilən konfrans iqlim gündəliyində müəyyənləşdirilən prioritetlərin elmi müstəvidə nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konfransda İqlim Həftəsinin irəli sürdüyü əsas istiqamətlərin, xüsusilə COP29 çərçivəsində formalaşan yeni yanaşmaların elmdə əks-sədası, bu məsələlərin elmi tədqiqatların gündəliyinə gətirilməsi, həmçinin Azərbaycanın reallıqları və mövcud üstünlükləri diqqət mərkəzində olacaq.
AMEA prezidenti COP29-un qlobal iqlim prosesində xüsusi yer tutduğunu qeyd edərək bildirib ki, bu tədbir nəticələri etibarilə artıq dünya iqlim hərəkatının mühüm mərhələlərindən biri kimi qiymətləndirilir. COP29 çərçivəsində əldə olunmuş razılaşmalar və müəyyənləşdirilmiş prioritetlər sonrakı iqlim təşəbbüsləri üçün də mühüm istiqamətlər formalaşdırıb.
İsa Həbibbəyli vurğulayıb ki, Türkiyədə keçirilməsi nəzərdə tutulan COP31 də COP29-da qəbul edilmiş qərarların icrası istiqamətində atılan addımlar baxımından əhəmiyyətlidir. Azərbaycan bu prosesə dəstək verir və Türkiyə ilə tərəfdaşlıq çərçivəsində qlobal iqlim gündəliyinin inkişafına töhfə göstərir.
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” da COP29-un yaratdığı mühüm siyasi, elmi və ictimai platformanın davamı kimi qiymətləndirilə bilər. Bu baxımdan bugünkü konfrans iqlim dəyişmələri ilə bağlı qlobal çağırışların elm, innovasiya və sosial-iqtisadi inkişaf müstəvisində araşdırılması üçün mühüm elmi platforma rolunu oynayır”, - deyə İsa Həbibbəyli fikrini yekunlaşdırıb.
Digər xəbərlər