NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

İranın xarici işlər naziri humanitar yardımlara görə Azərbaycana təşəkkür edib

...

İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycana təşəkkür edib. “Şərq qapısı” xəbər verir ki, bu barədə XİN rəhbəri X sosial şəbəkəsində yazıb. “Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm. Çətin günlərdə nümayiş etdirilən bu dəstək İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir”, - deyə paylaşımda bildirilib.

Nəşr edilib : 28.03.2026 22:47