NAXÇIVAN :

19 Aprel 2026, Bazar

İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir

...

Gürcüstan Türkiyə ilə tərəfdaşlığını yüksək qiymətləndirir və bu ölkə ilə münasibətləri daha da dərinləşdirmək istəyir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə səfərinin nəticələri ilə bağlı söyləyib.

O bildirib ki, Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşdə ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasına və birgə regional layihələrin roluna da diqqət yetirilib.

Xüsusilə, həm regionu və Avropanı birləşdirmək, həm də Avropanın enerji təhlükəsizliyini gücləndirmək baxımından Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi nəqliyyat dəhlizlərinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin Orta Dəhlizin potensialını və onun inkişafı ilə bağlı gələcək əməkdaşlığı müzakirə ediblər.

Nəşr edilib : 18.04.2026 20:00