Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
İlk növbədə, Azərbaycan Hökumətinə və şəxsən Prezident İlham Əliyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksəksəviyyəli təşkilinə, qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Bakı bu mühüm, qlobal dialoqun aparılması üçün ən ideal məkandır.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko deyib.
O qeyd edib ki, Forumun builki mövzusu müasir dövrün ən aktual prioritetlərindən biridir. Çünkü şəhərlərin planlaşdırılması, sosial infrastrukturun qurulması və ekoloji balansın qorunması kompleks yanaşma tələb edir.
“WUF13-ün işinə, eləcə də, bütün iştirakçılara uğurlar arzulayıram. Əminəm ki, Bakı platforması şəhərlərimizin daha təhlükəsiz, inklüziv və nəsillərin rifah dolu gələcəyinə mühüm töhfə verəcək”, - deyə İqor Sergeyenko bildirib.
Digər xəbərlər