NAXÇIVAN :

03 May 2026, Bazar

İordaniya XİN Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır

...

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspora Nazirliyi ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.
"Şərq qapısı"  İordaniyanın PETRA informasiya agentliyinə istinadla xəbər verir ki, bunu nazirliyin rəsmi sözçüsü, səfir Sufyan əl-Qudat bildirib.
Qeyd olunub ki, bu tarixi razılaşma Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək, münaqişələrin sülh yolu ilə həllini təşviq edəcək.
XİN-nin sözçüsü bu razılaşmanın əldə edilməsində ABŞ Administrasiyasını cəhdlərini yüksək qiymətləndirib.

Nəşr edilib : 09.08.2025 08:07