NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

“İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş  sözü ilə Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva açaraq müvafiq istiqamətdə aparılan maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova çıxış edərək bildirib ki, sosial şəbəkələrdə çox vaxt keçirmək və uşaqların yaşına uyğun olmayan oyunlar oynamaq şagirdləri təhsildən uzaqlaşmağa vadar edir. Uşaqlara nəzarətin gücləndirilməsi ilə internetin imkanlarından düzgün yararlanmaq olar. 
Aparatın Uşaq problemləri şöbəsinin məsləhətçisi Elsun Cahangirli isə təqdimat vasitəsilə çıxış edərək internetin üstünlük və imkanları, internetdən düzgün istifadə qaydaları, sosial şəbəkələrdən istifadə zamanı davranış mədəniyyəti, zamanın düzgün tənzimlənməsi, internetin potensial zərərləri və onlardan qorunma yolları barədə ətraflı məlumat vermişdir.

Tədbirdən 75 nəfər yararlanmışdır.

Nəşr edilib : 08.04.2025 16:56