Yardımlı rayonunda zəlzələ olub
16:58 19.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində 989.653 manat vəsait xərclənib.
"Şərq qapısı" xəbər verir ki, qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub:
Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 150 nəfərə 120.365 manat;
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 290 nəfərə 654.230 manat;
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə - 22 nəfərə 169.258 manat;
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə - 2 nəfərə 8900 manat;
Digər istiqamətlər üzrə - 36 900 manat.
Digər xəbərlər