NAXÇIVAN :

23 Avqust 2026, Bazar

İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib

...

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi dövlət səfəri ilə Azərbaycana gəlməyə dəvət edib.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Prezidenti bunu mətbuata birgə bəyanat zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Özbəkistanda həyata keçirilən islahatlar, eləcə də Mirziyoyevin israrı və müdrikliyi sayəsində ölkədə əlverişli investisiya mühiti formalaşıb.

"Biz sizin dost və qardaşlarınız olaraq buna səmimi qəlbdən sevinir və əminik ki, qarşınıza qoyduğunuz bütün planlar həyata keçiriləcək. Ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün birlikdə çalışacağıq. Sonda sizi münasib vaxtda dövlət səfəri ilə Azərbaycana gəlməyə dəvət etmək istərdim", – deyə İ. Əliyev bildirib.

Özbəkistan Prezidenti dəvəti qəbul edib.

Nəşr edilib : 23.08.2026 17:02