NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək

...

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh prosesinin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini bəyan edib.

ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edən dövlət başçısı xatırladıb ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı məhz Azərbaycan olub:

“Azərbaycan regional sülh gündəliyini dəstəkləyir. Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir. Azərbaycan prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcək”.

Nəşr edilib : 21.10.2024 11:52