NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

İlber Ortaylı: Naxçıvan geoloji baxımdan çox bərəkətli torpaqlardır

...

“Geoloji baxımdan çox bərəkətli torpaqlardır. Tarixboyu burada böyük şəxsiyyətlər yetişib”. Bu fikirləri Naxçıvan Dövlət Universitetinin fəxri qonağı – tanınmış tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlber Ortaylı Ordubad rayonunun Kotam kəndinə gəzinti zamanı mətbuata xüsusi müsahibəsində söyləyib.

“Təbiət insanı heyrətləndirir. Bura “Peri bacaları” kimi yerlərdir. Bunlar vulkanik püskürmələrin nəticəsində yaranmış qaya kütlələridir. Biz də Anadolu ərazisində Sivrihisarda, Afyon tərəflərində də var, amma buradakı yerlər daha aydın, daha qabarıq görünür. Geoloji baxımdan hamısı göz önündədir, çox bərəkətli vulkanik torpaqlardır. Ona görə də tarixboyu insanlar burada maraqlı portretlər yaradıb – həm zəngin adamlar, həm dövlət xadimləri, həm də mistik alimlər yetişib. Yaşamağa da çox münasib bir yerdir, Naxçıvana da yaxındır”.

Qeyd edək ki, dəyərli elm xadimi İlber Ortaylı 20-22 sentyabr tarixlərdə Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvanda səfərdədir. Bu çərçivədə tanınmış alimin Naxçıvan Muxtar Respublikasının bir sıra tarixi yerlərində gəzintisi, kitab imza günü, mətbuat nümayəndələri ilə  və geniş tərkibdə Naxçıvan ictimaiyyəti ilə görüşü baş tutacaq.

Nəşr edilib : 22.09.2025 16:05