NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

İkinci həyat (esse)

...

Övladları tələbə adını qazanmış əziz şəhidlərimizin xatirəsinə

Hər yeni tədris ili başlayanda ali məktəblərə qəbul olmuş gənclərlə bərabər, onların valideynlərinin və yaxınlarının da həyəcanı birə-min artır, sanki bu dünyada ikinci bir həyatı yaşayırlar. Doğrudan da, ölkəmizin ali məktəblərində oxumaq hüququ qazanmış və bütöv Azərbaycanın gələcək qurucuları olacaq bu gənclərimizlə bərabər belə gözəl hissləri yaşamaq nə qədər ülvi və qiymətlidir! Övladlarının xoşbəxt olmaq xəyalları ilə yaşayanlar üçün bu günün bir başqa qiyməti isə onunəsl bayram havasında olan saatları, bərabər keçirilən kövrək anları, edilən dualar və arzuya çatmağın şükran hissləridir. Onların yollarına işıq tutan bu İlahi təşəkkürlər bu gün həm də tələbə övladlarının ilk dərs günlərində onlarla bərabər olmayan uca şəhidlərimiz üçündür. Allahın qismətidir, amma yaşasaydılar, bu gün şəhidlər, bəlkə də, hamıdan çox sevinər, tələbə atası kimi bu dünyanın ən bəxtəvər insanları olardılar. Ancaq şəhidlər cismən bu gün bu bəxtiyarlığa şahid olmasalar da, ruhları tələbə övladlarının qəlbində, əziz xatirələri xalqımızın ürəyindədir. Bu gün onların günü, onların tələbə övladlarının günüdür həm də! Bütün Azərbaycan xalqımıza Zəfər coşqusu yaşatmış qəhrəman şəhidlərimizin Vətənə əmanət övladlarının uğuruna sevinir, onların sevincini paylaşır və bölüşür. Bu sevinc paylaşıldıqca daha da artacaq, bütün şəhid analarının ürəyinə su səpib, övladlarına xalq sevgisi olacaq.

Bu sevgiylə qovuşduğunuz yeni tələbə həyatı mübarək olsun!

Nəşr edilib : 15.09.2025 11:35