“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan...
15:38 13.03.2025
0
0
0
NAXÇIVAN :
13 Mart 2025, Cümə axşamı
“Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Azərbaycan-Şimali Makedoniya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. İki ölkə arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edir”.
Bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva “Şərq qapısı”na müsahibəsində bildirib.
Bu gün Azərbaycan Mərkəzi və Cənub Şərqi Avropa ölkələri ilə çox yaxşı əlaqələrə malikdir. Məhz ölkəmizin mövqelərinin güclənməsi fonunda Azərbaycanın dünya siyasət səhnəsində çəkisi və sözü xüsusi olaraq yüksək qiymətləndirilir. Azərbaycan bu gün Avropa İttifaqının üçdə biri ilə enerji təhlükəsizliyi sahəsində strateji müttəfiqliyə malikdir. Ölkəmizin Şimali Makedoniya ilə münasibətləri də bu gün ən yüksək şəkildə davam edir. Şimali Makedoniya prezidenti Qordona Silyanovska-Davkovanın Bakıya səfəri, Prezident İlham Əliyevlə görüşdə hər iki ölkənin bundan sonrakı inkişafı ilə bağlı verdiyi açıqlamalar da çox önəmli əhəmiyyətə malikdir. Eyni zamanda bundan sonra Azərbaycan və Şimali Makedoniya arasında ticari, iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlıq daha da dərinləşəcək.
“Azərbaycan Balkan ölkələri arasında əlaqələrin uğurla inkişafına və bu baxımdan Makedoniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu əlaqələr qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında möhkəm siyasi təməlin mövcudluğu ticarət-iqtisadi əməkdaşlığın yüksək səviyyədə qurulmasında mühüm rol oynayır. Bu baxımdan iqtisadi əlaqələrimizin genişlənməsi üçün böyük potensial vardır” – deyə Gülxarə Tarverdiyeva əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Davkova ilə mətbuata bəyanatında deyib ki, Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan Makedoniyanın bazarını təbii qazla təmin edəcəkdir: “Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir”.
Digər xəbərlər