NAXÇIVAN :

27 Avqust 2026, Cümə axşamı

II Xələc yaşayış yerində aparılan arxeoloji tədqiqatlar avqustun sonunda başa çatacaq

...

Xələc arxeoloji ekspedisiyası AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyevanın rəhbərliyi ilə iyulun 23-dən aparılır. “Şərq qapısı” xəbər verir ki, ekspedisiyanın əsas məqsədi Azərbaycanın Yaxın Şərqlə sərhəd bölgəsində, xüsusilə Naxçıvanda qədim arxeoloji mədəniyyətlərarası keçid xüsusiyyətlərini və Cənubi Qafqaz-Yaxın Şərq əlaqələrini araşdırmaqdır. Qazıntılar nəticəsində erkən orta əsrlərə və son Antik dövrə aid mədəni təbəqələr, zəngin keramika məmulatları, daş sütun altlıqları ilə müşayiət olunan ictimai tikili kompleksi üzə çıxarılıb. 
Bildirilib ki, II Xələc abidəsi regionun tarixi yaddaşını öyrənmək üçün mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, qazıntı işlərinin avqust ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.

Nəşr edilib : 27.08.2026 16:03