Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) təşkilatın Məskunlaşma Proqramının (UN-Habitat) bu vaxtadək təşkil etdiyi ən böyük sessiyasıdır.
"Şərq qapısı" xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının rəsmi açılışı ilə bağlı mətbuat konfransında təşkilatın Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax deyib.
“Ümumdünya Şəhərsalma Forumu təsis edildikdən sonra BMT-nin Baş Assambleyası tərəfindən əsas platformaya çevrilib. WUF13 urbanizasiyanın daha sürətlə davam etdiyi bir dövrdə baş verir. Biz Bakıda toplaşaraq Azərbaycanın dayanıqlı inkişafı və regionda rolunu daha aydın görürük. WUF13 BMT-nin Məskunlaşma Proqramının indiyədək təşkil etdiyi ən böyük sessiyasıdır. Sessiyada 34 mindən çox iştirakçı, o cümlədən dövlət başçıları, nazirlər, şəhər merləri, BMT rəsmiləri və ekspertləri, biznes, akademik dairələr və vətəndaş cəmiyyəti nümayəndələri qeydiyyatdan keçiblər”, - deyə icraçı direktor vurğulayıb.
Digər xəbərlər