Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, hərbi sərkərdəlik bacarığı, diplomatik qətiyyəti sayəsində Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər nəinki ərazilərimizin 30 illik işğalına son qoydu, son 100 il ərzində xalqımıza qarşı törədilən etnik təmizləmə, deportasiya və soyqırımı siyasətini durdurdu. Ümumiyyətlə, ermənilərin və onların havadarlarının regionda addım-addım həyata keçirdikləri 200 illik strategiyanı darmadağın etdi. Bu 200 illik tarixdə ilk dəfə olaraq, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün zəmin yarandı.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda keçirilən ictimai dinləmədə söyləyib.
O bildirib ki, 1989-cu il dekabrın 28-də yaradılmış və uzun illər Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci il avqustun 3-də Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilməsi tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verib. Xüsusilə 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mərhələnin, yeni bir siyasi xəttin təməli qoyulub.
"Prezident İlham Əliyev Qərbi azərbaycanlı soydaşlarımızın öz doğma yurdlarına qayıdışı uğrunda mübarizəni Azərbaycan dövlətinin və xalqının Qarabağ müharibəsindən sonrakı dövr üçün strateji hədəflərindən biri olaraq bəyan etdi. Dövlətimizin başçısı onu da bildirdi ki, bu qayıdış kortəbii ola bilməz, bu qayıdışın siyasi və hüquqi əsaslarını ehtiva edən Konsepsiya hazırlanmalı və bu Konsepsiya ölkədaxili və beynəlxalq hüquqa əsaslanmalıdır", - deyə İcma sədri vurğulayıb.
Digər xəbərlər