NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

ICESCO "İslam dünyasının sivilizasiya platforması” adlı xüsusi proqramının hazırlanmasını başa çatdırıb

...

Mərkəzi Asiya tarixən İslam elmlərinin və incəsənətinin inkişafına böyük təkan verib. Hətta müsəlman təfəkkürünün nəzəri çərçivədən praktiki elmə keçidinə mühüm töhfə verib.

"Şərq qapısı" xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru, səfir Xalid Fəthəlrəhman Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfransın ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün region ölkələrində sivilizasiyanın dirçəldilməsi istiqamətində müşahidə olunan və region dövlətlərini İslam kimliyini təcəssüm etdirən vahid bir xətt ətrafında birləşdirən proses fonunda bu intellektual irsi bir araya gətirmək üçün əlverişli imkan yaranıb.

X.Fəthəlrəhman qeyd edib ki, ICESCO "İslam dünyasının sivilizasiya platforması” adlı xüsusi proqramının hazırlanmasını başa çatdırıb. Bu proqram iki əsas dayağa – kimliyin özünəməxsusluğu və ümumi açıqlığa söykənir.

O vurğulayıb ki, proqram dəqiq kəmiyyət və ölçü göstəricilərinə əsaslanır və İslam dünyasına getdikcə daha mürəkkəbləşən çağırışlarla üzləşmək imkanı verir.

Xalid Fəthəlrəhman bildirib ki, proqramın kimlik və açıqlıq aspektləri baxımından İmam Yəhya Bakuvi kimi görkəmli şəxsiyyətlərin miras qoyduğu qiymətli irs xüsusi əhəmiyyət daşıyır.

“Bu proqram həmin irsin məzmununu zənginləşdirə, onu öz fəaliyyətimizin əsaslarından birinə çevirə və müxtəlif sa

Nəşr edilib : 15.09.2026 12:14