Təyyarə qəzasında həlak olanların nəşinin müayinəs...
00:52 29.12.2024
0
0
0
NAXÇIVAN :
29 Dekabr 2024, Bazar
28 dekabr Azərbaycanda Vəkillər günüdür
“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.
Ümummilli Lider Heydər Əliyev
Hüquq cəmiyyətin inkişafının əsas tərkib hissəsi, vəkillər isə hüquqlarımızın keşikçiləridir. Bəzən haqlarımız tapdalandığı zaman və yaxud da hər hansı bir işi görməmişdən qabaq onun hüquqi tərəfləri ilə maraqlanırıq. Bu zaman isə bizim köməyimizə peşəkar vəkillər çatır. 28 dekabr tarixi isə həmin peşəni simvolikləşdirən bir gün kimi tarixin işıqlı səhifələrinə qızıl hərflərlə yazılıb. Maraqlıdır, bəs bu günün tarixçəsi nədən ibarətdir?
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsas prioritet məsələlərdən biri də müstəqil məhkəmə və hüquq sisteminin yaradılması idi. Nəhayət, 1918-ci ildə Vəkillər Şurasının təsis edilməsi ilə Azərbaycanda vəkillik institutunun əsası qoyulur. Sovetlər dövründə hüquq sahəsi də digər sahələr kimi dövlət nəzarətində olsa da, hüquqi xidmətlər daim öz məqsədinin arxasınca getmişdir.
Bu günün əsas bağlılığı isə yenidən müstəqillik əldə etdikdən sonra 1999-cu il 28 dekabr tarixdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla əlaqədardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə hər ilin 28 dekabr tarixi ölkəmizdə “Vəkillər günü” kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin vəkillik peşəsinə dair qəbul etdiyi qanunlar, şübhəsiz ki, hüquq sahəsinə ayrılan diqqət və qayğının ən bariz göstəricilərindəndir.
Qanunlar cəmiyyət üçün olduqca vacib arqumentlərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, hüquqşünas Əziz Qasımov həmin arqumentlərin önəmini bu cür ifadə edir:
“Qanunlar cəmiyyətin sistemli şəkildə fəaliyyət göstərməsi üçün əsaslı mexanizmdir. Qanunlar sosial həyatın bütün sahələrini tənzimləyərək sabitlik və nizam-intizamın qorunmasını təmin edir. Qanunların başlıca vəzifəsi insanların hüquq və azadlıqlarını təmin etməkdir ki, bu da hüquqi dövlət anlayışının təməl prinsiplərindən biridir.
Qanunların sosial rolu yalnız hüquqi tənzimləmə ilə məhdudlaşmır. Onlar, eyni zamanda sosial ədalətin bərqərar olmasına, zəif qrupların hüquqlarının qorunmasına və resursların ədalətli bölüşdürülməsinə xidmət edir. Cəmiyyətdə münaqişələrin həllində də qanunların rolu əvəzsizdir. Onlar münaqişələri hüquqi çərçivədə sivil şəkildə həll etməyə imkan yaradır, beləliklə, zorakılıq və anarxiyanın qarşısını alır.
Mədəni və etik dəyərlərin qorunması da qanunların əhəmiyyətli funksiyalarından biridir. Onlar ictimai dəyərləri, ənənələri və ümumi qəbul edilmiş davranış qaydalarını hüquqi çərçivəyə alaraq cəmiyyətin mənəvi dəyərlərini ön plana çəkir. Təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə və ictimai asayişin qorunmasında qanunların rolu əvəzsizdir.
Qanunlara riayət etmək hüquqi mədəniyyətin inkişafına və bunun da nəticəsində vətəndaş məsuliyyətinin artmasına töhfə verir. Bu baxımdan, qanunlar cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafını təmin edən mühüm institutdur”.
Əziz vəkillər və hüquq sahəsinin işçiləri, sizə ədalət axtarışına çıxdığınız bu çətin və şərəfli yolda uğurlar arzu edirik.
Rafiq TƏHMƏZ
Digər xəbərlər