Romada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində k...
22:32 29.04.2026
0
0
0
Hörmətli redaksiya!
Bu məktubu qəlbimdəki minnətdarlıq hissi ilə sizə ünvanlayıram. Tanrı bəzən insanı sınağa çəkir və bu dünyada mənim ən böyük sınağım övladımın etdiyi səhv oldu ki, o da bunu azadlıqdan məhrum edilməklə ödədi. Bir ana üçün ən böyük dərddir. Bu gün çox sevincliyəm ki, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü ilə övladım azadlığa qovuşdu. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Elə bil, dünyanın ən gözəl hədiyyəsini bəxş etdi mənə cənab Prezidentimiz. Allah Prezidentimizi qorusun!
Ölkə başçımız gözü yolda qalan analara sevinc bəxş etdi, bütün anaların duası onunladır. Bayram ərəfəsində ailəmizi sevindirdiyi, bizi doğmalarımıza qovuşdurduğu üçün dövlət başçısına minnətdarlığımı bildirirəm. Övladlarımızın azadlığa çıxması bizləri çox sevindirdi. Digər məhkumlara da azadlıq arzulayıram. Azadlığın qədrini bilib cinayətdən uzaq durmaq lazımdır. Azərbaycan Prezidentinə bir daha minnətdarlığımı bildirirəm ki, övladlarımızın ailələrinə qovuşmasını bizə nəsib etdi.
Arzu SÜLEYMANOVA
Digər xəbərlər