NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

"Huawei" tərəfindən Naxçıvanda peşəkar təlim keçirilib

...

"Huawei Technologies Azerbaijan" LLC tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşları üçün peşəkar təlim təşkil olunub.
Təlim çərçivəsində şirkətin ekspertləri tərəfindən müxtəlif texnoloji sahələri əhatə edən mühüm mövzular haqqında təqdimatlar edilib. Belə ki, Səbinə Rzayeva “Global trendlər & FTTH biznesinin uğuru”, İsmayıl Quliyev “BRAS & MPLS həllərinin təqdimatı” və Zaur Qasımov və Habib Rahman Kolayil isə “IMS həllərinin təqdimatı” mövzularında çıxış ediblər. 
Çıxışlar zamanı fiber-optik texnologiyaların (FTTH – Fiber to the Home) qlobal inkişaf tendensiyaları və bu texnologiyanın Azərbaycanda tətbiqi imkanları müzakirə olunub. Bununla yanaşı, genişzolaqlı xidmətlərin idarə olunması üçün BRAS (Broadband Remote Access Server) və MPLS (Multiprotocol Label Switching) texnologiyaları üzrə müasir şəbəkə həlləri təqdim edilib. Həmçinin IMS (IP Multimedia Subsystem) texnologiyası vasitəsilə rəqəmsal kommunikasiya xidmətlərinin necə optimallaşdırıla biləcəyi və "Huawei"nin bu sahədə təklif etdiyi həllər iştirakçılara ətraflı izah olunub.
Hər çıxışın sonunda iştirakçılar arasında proqram vasitəsilə təsadüfi seçimlə nömrələr müəyyən olunub və həmin nömrələrə uyğun iştirakçılara hədiyyələr təqdim edilib. Bu yanaşma, tədbirin daha interaktiv və motivasiyaedici şəkildə keçməsinə şərait yaradıb.
Təlim boyunca iştirakçılar həm nəzəri, həm də praktiki baxımdan faydalı biliklər əldə ediblər.

Naxçıvan Muxtar Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.08.2025 17:37