Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalı...
00:10 03.10.2026
0
0
0
NAXÇIVAN :
03 Oktyabr 2026, Şənbə
Hörmətli redaksiya! Zəngin tarixə, o cümlədən memarlıq mədəniyyətinə malik qədim Naxçıvanın tarixi-mədəni abidələrinin qorunması daim dövlətimizin diqqətində olub. Tarixin dərin qatlarından gələn qədim irsimizin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər bu gün də uğurla davam etdirilir. Atabəylər dövlətinin paytaxtı olan qədim Naxçıvanda müxtəlif dövrlərə aid dünya əhəmiyyətli abidələr var. Bunlardan biri də Əcəmi yaradıcılığının ən möhtəşəm nümunələrindən olan Möminə xatun məqbərəsidir. Dövlət başçısının bu tarixi abidənin bərpası ilə bağlı imzaladığı Sərəncam və Naxçıvana səfəri zamanı bərpa işləri ilə yaxından tanış olması hər bir naxçıvanlını sevindirir. Azərbaycan memarlıq məktəbinin şah əsəri, dahi memar Əcəmi Naxçıvaninin ölməz irsi olan bu möhtəşəm abidənin dövlət səviyyəsində xüsusi diqqətə alınması, onun elmi əsaslarla bərpası üçün vəsait ayrılması və dövlət başçısının görülən işlərlə şəxsən tanış olması milli-mədəni irsimizin qorunmasına verilən dəyərin ən parlaq nümunəsidir.
Bu gün Möminə xatun məqbərəsinin qarşısında dayanan hər bir insan həm tariximizin möhtəşəmliyini, həm də onu gələcək nəsillərə çatdırmaq məsuliyyətini daha dərindən hiss edir. Bu abidə bizə keçmişimizdən, zəngin mədəniyyətimizdən və görkəmli şəxsiyyətlərimizdən xəbər verir. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edirik. Tariximizə və milli dəyərlərimizə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Əsgər QURBANOV
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin tarix müəllimi
Digər xəbərlər