NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Hörmətli redaksiya

...

Mənim 80 yaşım var. Hazırda Naxçıvan şəhərində yaşadığım üçotaqlı mənzili əkiz övladlarım dünyaya gələndə Ulu Öndər bağışlamışdı. Bu mənzildə beş övladım böyüdü, ailə qurdu, indi nəvə-nəticə sahibiyəm. Nəvələrimin dördü artıq ailə qurub, övladları var. Hər birinin də arzusu öz mənzilinə sahib olmaqdır. Ötən günlərdə mətbuatda yayılan xəbərlərdən öyrəndim ki, dövlət başçısı Naxçıvana səfəri zamanı bizim evlərə yaxın ərazidə gənclərin, yeni ailə quranların mənzillərlə təmin edilməsi üçün çoxmərtəbəli binaların inşa edilməsinə göstəriş verib, yaşayış kompleksinin təməlini qoyub. Buna çox sevindim. İndi elə zəmanədir ki, bir çox insan mənzil almaqda çətinlik çəkir, gənc ailələr kirayədə yaşamalı olurlar. Bu da ailənin dolanışığını çətinləşdirir. Dövlət başçısının belə bir addım atıb bu qədər mənzilin inşa edilməsinə göstəriş verməsini ürəkdən alqışlayıram. Prezidentimiz xalqını sevir, gənclərin qayğısına qalır. Həm düşmənin xarabazara çevirdiyi torpaqları bərpa etmək, həm də dövlətin hər guşəsini gülüstana çevirmək asan məsələ deyil. Bunu ancaq O, bacara bilərdi. Bacardı da. Çünki O, Heydər Əliyev kimi ürəyi xalqı ilə döyünən bir liderin oğludur. Allah dövlətimizi var eləsin. Gənc ailələrə də yeni mənzillərində səadət bəxş etsin ki, Azərbaycan üçün vətənpərvər övladlar böyütsünlər. Tanrı Prezidentimizi öz pənahında saxlasın! 

Validə MƏMMƏDOVA 
Naxçıvan şəhər sakini 

 

Nəşr edilib : 28.08.2026 16:07