NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Hörmətli redaksiya

...

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən etibarən Çernobıl faciəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət qayğısının əsası qoyulub. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab Prezidentin əlilliyi olan şəxslərə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində sosial təminatlarımız ildən-ilə güclənir, bu kateqoriyaya aid şəxslərin sosial ödənişləri dəfələrlə artırılır. Biz bu diqqət və qayğını daim öz üzərimizdə hiss edirik.

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı, reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə göndərişlə təmin olunması və digər istiqamətlərdə görülən işlər hər il daha da genişləndirilir.

Mənim 66 yaşım var. 1986-cı ildə Çernobıl faciəsi zamanı həmin ərazidə olmuşam. Bu il Çernobıl hadisələrinin 40 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənimlə birlikdə daha 3 faciə iştirakçısı avtomobillə təmin olundu.

Bizə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin inkişafı və qüdrətlənməsi naminə həyata keçirdiyi yorulmaz fəaliyyətində ona uğurlar arzulayırıq.

Hörmətlə,
Rüstəm Sadıqov
Çernobıl faciəsinin iştirakçısı

Nəşr edilib : 28.04.2026 20:37