NAXÇIVAN :

02 May 2026, Şənbə

Hörmətli redaksiya

...

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra sovet dövründə, demək olar ki, unudulmuş İkinci Dünya müharibəsi veteranlarına və 1941-1945-ci illərdə həlak olmuş Azərbaycan vətəndaşlarının həyat yoldaşlarına dövlət qayğısı göstərilməyə başlanıldı. Onun tapşırığı ilə həmin şəxslərə ildə bir dəfə maddi yardım verilməsi ənənə halını aldı. Bu siyasət bu gün də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Atam İsmayıl Məmmədov İkinci Dünya müharibəsinin iştirakçısı olub, anam Dilbər xanım isə arxa cəbhədə fədakarlıq göstərmişdir. Atam 1974-cü ildə vəfat etdikdən sonra anam 9 övladı təkbaşına böyüdüb. Hazırda onun 102 yaşı var və mənimlə birlikdə ata ocağında yaşayır.
Bir övlad kimi onun qayğılarını qarşılamağa çalışırıq. Dövlətimizin göstərdiyi maddi və mənəvi dəstək sayəsində həyat şəraitimiz daha da yaxşılaşıb. Anam hər il dövlət başçısının müvafiq Sərəncamına əsasən birdəfəlik 1500 manat maddi yardım alır. Bu vəsait onun məişət və yaşayış şəraitinin yaxşılaşdırılmasına mühüm dəstək olur.
Yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Ulu Öndərə Allahdan rəhmət diləyir, Prezidentimizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,
Şərur rayonu, İbadulla kənd sakini
Xəlil Məmmədov

Nəşr edilib : 24.04.2026 20:22