NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Hiss Naxçıvanda konsert verəcək

...

Azərbaycanlı müğənni Hiss Naxçıvanda konsert verəcək.
"Şərq qapısı" xəbər verir ki, konsert proqramı martın 20-si saat 19:00-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində baş tutacaq.
Qeyd edək ki, Novruz bayramı münasibətilə martın 20-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Bahar festivalı adlı bayram şənliyi təşkil olunacaq. Festival Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbir çərçivəsində xalq sənət nümunələri, sənətkarların əl işləri, milli geyimlər və Novruz ənənələrini əks etdirən sərgilər təşkil olunacaq. Festival ərazisində 30-dan artıq sərgi-satış stendi və 20 iaşə köşkü fəaliyyət göstərəcək, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim ediləcək.

Nəşr edilib : 19.03.2026 12:52