İcma: Litva Fransa, Niderland, Kanada ilə birlikdə...
15:29 03.10.2024
0
0
0
NAXÇIVAN :
03 Oktyabr 2024, Cümə axşamı
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.
Müsabiqənin işçi qrupundan bildirilib ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.
Onlar dövlət rəhbərliyinin ölkənin intellektual potensialının inkişafına yönəlik atdığı addımları, eləcə də “Yüksəliş” müsabiqəsinin bacarıqlı kadrların şəxsi və peşəkar inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayıblar. Hikmət Hacıyev qalibləri təbrik edərək, onların müsabiqədəki uğurlu nəticələrini Azərbaycan dövlətinin müasir idarəetmə sistemi və ölkənin inkişaf strategiyası üçün dəyərli töhfə adlandırıb.
Hikmət Hacıyev müsabiqənin mentorluq proqramında əldə edilən uğurları vurğulayaraq qaliblərin qarşılıqlı təcrübə əsasında liderlik qabiliyyətlərinin daha da gücləndiyini dilə gətirib. O, mentorluq proqramı çərçivəsində baş tutacaq növbəti görüşlərin qaliblərə böyük fayda verəcəyinə əmin olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “Yüksəliş” müsabiqəsinin mentorudur.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.
Digər xəbərlər