NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Hikmət Hacıyev: Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir

...

Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

“İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir”, - Hikmət Hacıyev qeyd edib.

Nəşr edilib : 23.06.2026 12:23