NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Hikmət Hacıyev Avropa komissarının əsassız ittihamlarına cavab verib

...

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa komissarı Nikolas Şmitin çərşənbə axşamı Strasburqda Avropa Parlamentində səsləndirdiyi əsassız ittihamlara və absurd çağırışlara cavab verib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə o, “POLITICO”ya açıqlamasında danışıb.
“Avropa Parlamentindəki bəzi müzakirələr bizə absurd teatrını və ya sirki xatırladır. Dünya bu qurumda biabırçı korrupsiya əməllərini gördü. Azərbaycana qarşı bu cür əsassız iddialar səsləndirənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hakimiyyətinin piar kampaniyasının tərkib hissəsidir”, - H.Hacıyev deyib.
O, həmçinin Avropa İttifaqının İnsan Hüquqları üzrə Komissarına məsləhət də görüb: “Başqalarına ağıl verməkdənsə, Avropa İttifaqında artan insan hüquqları problemlərinə ciddi yanaşsa daha yaxşı olar. Günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılması çağırışları nasist hərbi cinayətkarlarının azad edilməsinə bərabərdir”.

Nəşr edilib : 23.10.2024 20:08