Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıla...
21:23 17.04.2025
0
0
0
Hicama qədim bir müalicə üsuludur və bədəndəki zərərli maddələrin, toksinlərin qanla birlikdə çıxarılması məqsədilə tətbiq olunur. Bu prosedur zamanı bədənin müəyyən nöqtələrinə kiçik kəsiklər atılır və sonra həmin nöqtələrə xüsusi vakuum kupaları yerləşdirilərək qan çəkilir.
Müsahibim, hicama və huridoterapiya sahəsində mütəxəssis Bəyim Mehdiyeva deyir ki, hicama çox geniş yayılmış müalicə üsuludur. Orqanizmdən zərərli maddələrin, toksinlərin təmizlənməsinə kömək edir. Yaş və quru hicama olmaqla iki növü var. Hicama vasitəsilə bədəndən çıxarılan qan çirkli qan hesab olunur. Bu müalicə üsulu tam steril şəraitdə aparılmalıdır. Bu proses zamanı qanla işlədiyimizdən yoluxucu xəstəliklərə yoluxma ehtimalımız yüksək olduğundan mütləq hicamaya başlamadan əvvəl həmin nahiyə spirtlə təmizlənməlidir. Hicama olunan insanlara müalicədən bir gün əvvəl və bir gün sonra heyvani məhsullarla qidalanmamaq tövsiyə edilir. 24 saat müddətində həmin nahiyələrin su ilə təması olmamalıdır. Hər kəs hicama terapiyası etdirə bilməz. Kəskin anemiya xəstələri, hamilə qadınlar, çox aşağı təzyiqi olan və bir neçə başqa xəstəliyi olan insanlara hicama məsləhət görülmür. Hicamadan əvvəl insanın qan analizi verərək analiz nəticəsi ilə hərəkət edilməlidir.
Hicamanın qan dövranını yaxşılaşdırmaq, ağrıları azaltmaq, toksinləri çıxarmaq kimi bəzi faydaları olsa da, bu prosedurun mənfi cəhətləri və riskləri də var. Onları nəzərə almaq vacibdir: infeksiya riski, qan itkisi, allergik reaksiyalar, dəri problemləri bu terapiyanın mənfi təsirlərindəndir.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər