NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Heydər Əliyev Beynəlxalq Aeroportu vətəndaşlara xəbərdarlıq edib

...

Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.

Bakı hava limanından bildirilib ki, bu tip məlumatlar tamamilə saxtadır və Heydər Əliyev Beynəlxalq Aeroportu ilə heç bir əlaqəsi yoxdur.

“Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - məlumatda bildirilir.

Nəşr edilib : 05.09.2024 18:34