DİN Ordubadda səyyar xidmət göstərəcək
08:39 16.02.2026
0
0
0
NAXÇIVAN :
16 Fevral 2026, Bazar ertəsi
Səhəri acı xəbərlə açdıq. İstirahət bir ailənin faciəsinə çevrilib.
Hadisə Şahbuz rayonu, Ayrınc kəndi ərazisindəki istirahət mərkəzində qeydə alınıb. Belə ki, balaca göl üzərində yerləşən platformanın aşması nəticəsində bir ailənin iki üzvü ölüb. Ailənin digər üzvü xəstəxanaya aparılarkən hadisənin şokundan yolda dünyasını dəyişib.
Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Dünəndən kirayə verilən evlər, istirahət məqsədli salınan ərazilərlə bağlı yazmaq ağlımda dolaşırdı. Bu natəmizliklə bağlı olacaqdı. Zəng edirsən, fantastik qiymət oxuyur və sənə hotel prinsipi ilə ev təklif edir. Evin şəklinə baxırsan, hər şey yerindəymiş kimi görünür. Gördüyümüz mənzərə isə tam fərqli!
Sutkalıq təyin olunan hotel qiymətlərinə zəruri olan bütün təmizlik ləvazimatları daxildir, əksər hallarda səhər yeməyi də üstəlik.
Qonaqlama xidməti "0" olan əksər ev sahiblərinə sual olunanda ki, “Sabun hanı?”, deyir “Özünüzlə gətirərdiniz” və sair. Bir müştərini yola salmamış, digər müştərini dərhal qəbul edirlər. Nə yataq dəyişdirmək, nə evi təmizləmək, nə də təhlükəsizliyini yoxlamaq kimi fəaliyyət yoxdur! Təki, pul qazanaq.
Gecə baş verən hadisə göstərdi ki, insanların daha çox müraciət etdiyi istirahət yerlərinə diqqət artırılmalı, tələblər dəyişdirilməlidir. Müştəri məmnuniyyəti təmin olunmalıdır. Bu işlə məşğul olan sahibkarlar turizm məfhumunun ən azı əlifbasını bilməlidirlər.
“Su həyatdır”, – deyib atalarımız. Həyat bəzən faciəyə də çevrilə bilir.
Ruhiyyə Rəsulova
Digər xəbərlər