Naxçıvan Muxtar Respublikasında noyabr ayının son ...
23:37 29.11.2024
0
0
0
Oktyabrın 7-dən etibarən Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) keçirilir.
Seminar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə təşkil olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətli tədbirlərindən biri olan bu seminarda 70-dən çox ölkəni təmsil edən yüksəkrütbəli zabit iştirak edir.
Seminar əsasən müharibə təcrübəsi olan ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsaslarına, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər. Azərbaycanın Vətən müharibəsi, sonrakı döyüş əməliyyatları, xüsusilə antiterror əməliyyatında beynəlxalq humanitar hüquqa riayət etməsi nümunəvi xarakter daşıyır. 44 günlük müharibədə mülki insanlara dəymiş zərər nisbəti 60-cı ildən bəri dünya hərb tarixində bir möcüzədir. Antiterror əməliyyatında isə mülki tələfat ümumiyyətlə olmayıb. Bütün bunlar Azərbaycanın beynəlxalq humanitar hüquqa ciddi riayət etməsinin bariz nümunəsidir. Elə bu səbəbdən də 17-ci seminarın məhz ölkəmizdə keçirilməsi təsadüfi deyil.
Digər xəbərlər