COP29-un bağlanış plenar iclası keçirilir
20:33 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Vətən müharibəsində və 2022-ci il sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınmasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası zamanı fədakarlıq göstərmiş həkim heyətinin və tibb personalının təltif edilməsi mərasimi keçirilib.
Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, mərasimdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan parlaq qələbədə ön cəbhədə, qızğın döyüşlər gedən ərazilərdə vəzifələrini böyük məsuliyyətlə yerinə yetirən həkim heyətinin və tibb personalının fəaliyyətindən danışan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev onların işinə dövlət səviyyəsində daim dəstək göstərildiyini bildirib.
Qeyd edilib ki, hər bir döyüşçü kimi həkimlər və tibb işçiləri də hərbi əməliyyatlarda işlərini şərəflə yerinə yetirib, döyüş meydanında yaralanmış və xəsarət almış hərbi qulluqçuların təxliyəsi zamanı öz işlərinin öhdəsindən ləyaqətlə gəliblər.
Təltif edilən heyət göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, bilik və bacarıqlarını daim inkişaf etdirərək hərbi qulluqçuların həyat və sağlamlığının qorunmasında sərf edəcəklərini bildiriblər.
Mərasimin yekununda həkimlər və tibb personalı qiymətli hədiyyələrlə təltif olunub, döyüşlərdə Dövlət Sərhəd Xidmətinin tibb heyətinin fəaliyyətindən bəhs edən “Fədakar həkimlər” filminə baxıb və “Siyasi repressiya qurbanları muzeyi” ziyarət ediblər.
Digər xəbərlər