NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Həmkarlar İttifaqları Şurasının kollektivi sərgi-satış yarmarkasında iştirak edib

...

Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasında iştirak edib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və şuranın kollektivi sərgi-satışa baxış keçiriblər. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, oktyabrın 17-dək davam edəcək sərgidə, ümumilikdə, 447 müəllifin 10929 adda əl işi təqdim edilir. Vurğulanıb ki, sərgi-satış yarmarkasında əvvəlki illərlə müqayisədə bu il iştirakçı qadınların sayı yüzlərləni, əl işlərinin sayı isə minlərləni ötüb. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev sərgi-satış işinə uğurlar arzulayıb.

Nəşr edilib : 11.10.2024 18:11