NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Həbs olunmuş şəxs tərəfindən Masallıda gizlədilmiş silah-sursat aşkar edilib

...

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Masallı rayonu ərazisində dəmir yolunun yanında basdırılaraq gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 16.10.2025 11:16