Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
“Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, hazırda Naxçıvanda 6159 nəfər qadın aktiv fiziki şəxs kimi fəaliyyət göstərir.
Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınların cəmiyyətin fəal üzvünə çevrilməsinə, onların ictimai həyatda geniş iştirakına şərait yaradır. Milli və xalq tətbiqi sənətləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişafı, onların rifahının yaxşılaşdırılması məqsədilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların sənət nümunələri nümayiş etdirilir. Ramilə Seyidova əlavə edib ki, ötən il komitə tərəfindən sosial qayğıya ehtiyacı olan qadınların özünüməşğulluğunun dəstəklənməsi məqsədilə 244 istedadlı şəxsin və ailə təsərrüfatçısı qadının əl işlərinin satışına köməklik göstərilib. Ümumilikdə, 28 304 manat dəyərində 4129 əl işi və istehsal olunan məhsulların satışı həyata keçirilib.
Digər xəbərlər