NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Hazırda Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti müşahidə olunur

...

"Şərq qapısı" xəbər verir ki, dumanlı hava daha çox Naxçıvan şəhərində müşahidə olunur və görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb. 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, bu gün Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə  1-6° (bəzi dağlıq ərazilərdə 2°-dək şaxta), gündüz 8-13° isti olacağı gözlənilir.

Nəşr edilib : 15.11.2024 09:31