NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

...

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Şərq qapısı" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində.

Nəşr edilib : 06.11.2026 08:47