Azərbaycan və Sloveniya XİN başçıları geniş tərkib...
12:45 17.04.2025
0
0
0
NAXÇIVAN :
17 Aprel 2025, Cümə axşamı
Son günlərdə tez-tez yol qəzaları ilə bağlı xəbərlərlə rastlaşırıq. Kimi yolu keçərkən, kimi isə idarəetməni itirib qəza törədir. İşə, evə və ya gedəcəyimiz hər hansı bir ünvana tez çatmağa çalışanda bəzən düzgün qərar verməməyimiz ucbatından getdiyimiz yerə çata bilmirik. Piyada keçidlərindən keçməyi zaman itkisi sayır, çox vaxt həyatımızı itirir, bəzən isə aylarla xəstəxanalarda qalmalı oluruq. Yol qəzalarında yaranan pis vəziyyət bir insanın yox, iki tərəfin də ziyana uğraması ilə nəticələnir. Həm maddi, həm də mənəvi ziyana düşürük...
Bəs niyə belə edirik? Niyə taksiyə əyləşəndə sürücünü tələsdiririk? Niyə avtomobili sürət həddini aşıb idarə edirik? Bu sualı tez-tez özümüzə versək də, cavabını özümüz də bilmirik bəzən. Bəzən də bizə ziyan verəcək, həyatımızı təhlükəyə atacaq hərəkətlərdən sonrakı hadisələri qismət deyə adlandırırıq. “Qismət belə imiş”, – deyirik. Xeyr, heç də belə deyil.Məsuliyyətsizliyimizi qismət adlandırmaqla səhvimiz ucbatından başımıza gələn yol qəzası zamanı yaranan vəziyyəti yüngülləşdirməyə çalışaraq, sadəcə, vicdanımızı rahatlaşdırırıq. Piyada deyir, günah sürücüdədir, sürücü isə piyadanı günahlandırır. Əlbəttə ki, yekun qərarı hüquq-mühafizə orqanları verir.Amma səbəbkar yenə də günahkar axtarır.
Hərdən diqqət edirəm, görürəm ki, Naxçıvan şəhərində bir çox piyada keçidlərində polis əməkdaşları dayanır və vətəndaşlara keçid olmayan yerlərdən keçməməsi üçün xəbərdarlıq edir.
Və öz-özümə düşünürəm, axı niyə? Hər keçidə bir polis əməkdaşı nəzarət etməlidir? Biz bu qədərmi məsuliyyətsiz insanlarıq?..
Düşünək və nəticəyə gələk... Niyə, hara və nə üçün tələsirik? Həyatımız çatacağımız və ya görəcəyimiz işdən çoxmu dəyərsizdir?..
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər