NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Hakan Fidan sabah İraqa səfər edəcək

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa səfər edəcək.
“Şərq qapısı” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Bildirilib ki, səfər çərçivəsində onun İraq Prezidenti Əbdüllətif Camal Rəşid, ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani, Parlamentin Nümayəndələri Palatasının sədri Mahşud Meşhedani, Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyni ilə görüşü gözlənilir.
Məlumata görə, görüşlərdə Türkiyə-İraq əlaqələrinə və terrora qarşı mübarizəyə dair məsələlərin müzakirəsi nəzərdə tutulub.

Nəşr edilib : 25.01.2025 15:51