NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

“Haber Global”: Bu ilin sonunadək Kahramanmaraşın "Azərbaycan Məhəlləsi"ndə 453 minə yaxın mənzil və iş yeri təhvil veriləcək

...

Bu ilin sonunadək Kahramanmaraşın "Azərbaycan Məhəlləsi"ndə 452 min 983 mənzil və iş yeri vətəndaşlara təhvil veriləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, "Azərbaycan Məhəlləsi"nin inşası başa çatır:

“Azərbaycan Məhəlləsi” 258 hektar ərazidə qurulub. Qardaş dövlət Azərbaycanın dəstəyi ilə burada 1 323 mənzilin inşası başa çatıb, açarlar sakinlərə təqdim ediləcək”.

Məlumata əsasən, burada təkcə ev və iş yerləri deyil, həm də xəstəxana və məktəblər yenidən qurulur:

“Hətta xəstəxanalardan biri artıq fəaliyyətə başlayıb. Bir neçə ay içərisində dörd xəstəxana da istifadəyə veriləcək. İl sonuna qədər məktəblər fəaliyyətə başlayacaq. Məktəblərdən birinə Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin adı verilib”.

Nəşr edilib : 05.02.2025 16:29