Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dö...
00:10 08.10.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, bu il marafona 3000-dən çox iştirakçı qatılıb. Marafonun start və finiş zonası Tbilisinin mərkəzi prospektində olub və atletlər 10 və 21 kilometrlik məsafələri qət ediblər. Azərbaycandan “Tbilisi marafonu"na 20 atlet qatılıb.
Onlar arasında ən yüksək nəticəni isə naxçıvanlı atlet Əmrah Nağıyev qazanıb. Belə ki, atletimiz 10 kilometr məsafədə 20-25 yaş kateqoriyasında finiş xəttinə hamıdan öndə gəlib və qalib adını qazanıb. Atletimiz, həmçinin "Elit Label"də 16-cı pillədə başa vurub.
Sonda idmançımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Digər xəbərlər