NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

...

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze Ermənistana rəsmi səfər edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. Bildirilir ki, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüşüb.
Görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq məsələlərini, regionda baş verən hadisələri və mövcud çətinlikləri nəzərdən keçiriblər. Qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Nəşr edilib : 27.06.2026 11:27