QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib...
21:22 06.02.2026
0
0
0
Naxçıvan şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.
Dekabrın 20-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 3 yaş kateqoriyasında (2009-2011) 10 çəki dərəcəsi üzrə 80-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.
Nəticələrə əsasən Elşad Əliyev (45 kq), Elmir Seyidov (48 kq), Ələkbər Əsgərov (51 kq), Tuqay Qəhrəmanlı (55 kq), Məhəmməd Hümbətov (60 kq), Ümid Bayramlı (65 kq), Hüseyn Rəcəbli (71 kq), Rüzgar Hacıyev (80 kq), Hüseyn Əliyev (92 kq) və Fuad Xəlili (110 kq) yarışın birincisi olublar.
İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Digər xəbərlər