NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Güclü yağış Ordubad rayonunun Tivi kənd yolunu yararsız vəziyyətə salıb

...

 Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib. 

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, sel sularının yolları yuması və özü ilə bərabər lil, qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurması nəticəsində bəzi hissələr yararsız hala düşüb. Nəticədə, Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub, torpaq və daş kütləsi yoldan təmizlənib. 

Hazırda yolun zədələnmiş hissəsində bərpa və möhkəmləndirmə işləri görülür.

Nəşr edilib : 04.06.2025 17:47