Genderlə bağlı növbəti təlim keçirilib
19:10 22.11.2024
0
0
0
Naxçıvan şəhərində keçiriləcək "Greenfest" festivalına hazırlıq işləri bu gün etibarilə yekunlaşmaq üzrədir. COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq təşkil olunacaq tədbir oktyabrın 26-sı saat 11:00-da Saat Meydanında reallaşacaq.
Tədbirdə rəsmilərin də iştirakı ilə iqlim dəyişmələri ilə mübarizə kontekstində panel müzakirələri, ekoloji sərgilər, startap təqdimatları, stendlər, teatr tamaşası, əyləncəli idman oyunları, intellektual yarışmalar və digər fəaliyyətlərin təşkili nəzərdə tutulub. Festivalda maarifləndirici və təşviqedici videoçarxlar da nümayiş olunacaq. Konsert proqramı, canlı ifalar və DJ musiqiləri ilə festival ab-havası daha dinamik və şən olacaq.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi əhalinin diqqətini ekoloji problemlərin birgə həllinə yönəltmək, muxtar respublikanın təbii resurslardan səmərəli istifadə imkanlarını və "yaşıl enerji" potensialını nümayiş etdirmək, eyni zamanda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir.
Digər xəbərlər