NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

...

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Mumbay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə və baqajına stasionar rentgen qurğusu tətbiq edilməklə baxış keçirilib. Yoxlama zamanı vətəndaşa məxsus karton qutunun içərisindəki sobanın müxtəlif hissələrində gömrük nəzarətindən gizlədilən 77 min 920 manat dəyərində dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 08.09.2026 12:43