Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə tə...
11:52 30.06.2026
0
0
0
Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün səylərini davam etdirir.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, 2023-cü ildən etibarən Azərbaycan itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyi edir:
"Cari ilin oktyabr ayında da Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Xüsusilə qeyd etmək istəyirəm ki, 2024-cü və 2025-ci illərdə Azərbaycanda keçirilmiş beynəlxalq konfransların yekun sənədləri BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb. Bu, Azərbaycanın itkinlər mövzusuna ayırdığı diqqətə BMT strukturlarının verdiyi dəyərdir".
Digər xəbərlər