NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu başlayıb

...

Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının binasında keçirilən forumda 400-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.

Forum çərçivəsində “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində” və “WUF13 irsi QHT təşəbbüslərində” mövzularında panel müzakirələri keçiriləcək.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə QHT-lərin müraciətinin qəbul olunması nəzərdə tutulur.

Forum bədii proqramla yekunlaşacaq.

Nəşr edilib : 06.11.2026 10:20