NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Gələn ilin əvvəlindən pensiyaların sığorta hissəsi təxminən 9 faiz artacaq

...

Gələn ilin əvvəlindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq.

"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

O bildirib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək: “İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək”.

Nəşr edilib : 09.12.2024 14:13